Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra ilk açıqlama verib.
Bakupost.az "Haber Global"a istinadən xəbər verir ki, Baxçalı Türkiyə məhkəmə sisteminin müstəqil, tərəfsiz və obyektiv olduğunu bildirib.
"Heç kim toxunulmaz və əlçatmaz deyil", - o bildirib.
Baxçalı açıqlamasında deyib ki, Türkiyə Cümhuriyyəti milli, unitar, demokratik və sosial hüquqi dövlətdir.
Partiya sədri vurğulayıb ki, qanun qarşısında heç kim üstün və ya imtiyazlı deyil. Ona görə də hüquq və ədalətə qarşı çıxmaq və ya müzakirəyə açmaq xaosa dəvətdir.