Ru
12:33 / 19 Mart 2025

İmamoğlunun həbsindən sonra Türkiyədə bir neçə sosial şəbəkəyə giriş MƏHDUDLAŞDIRILDI

İmamoğlunun həbsindən sonra Türkiyədə bir neçə sosial şəbəkəyə giriş MƏHDUDLAŞDIRILDI
Eye

Türkiyədə müxalif İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun çərşənbə günü, martın 19-da həbsindən sonra bir sıra sosial şəbəkələrə, o cümlədən X, YouTube, Tik Tok və Instagrama giriş məhdudlaşdırılıb.


Bakupost.az xəbər verir ki, bu barədə “NetBlocks” beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.

Məlumata görə, İmamoğlu həbs olunmazdan əvvəl sosial şəbəkədə video yayımlayıb və onun təqib edilməsini “xalqın iradəsinə zərbə” adlandırıb.

Bir gün əvvəl Türkiyənin hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı aparılan araşdırma çərçivəsində İstanbul bələdiyyə sədri, onun mətbuat katibi Murat Ongun və 100-ə yaxın meriya əməkdaşının həbsinə order verdiyi bildirilir. Bundan əlavə, onlar müxalifət rəsmiləri ilə ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) arasında qarşılıqlı əlaqənin təfərrüatlarını araşdırırlar.

İmamoğlu və Onqunun evlərində axtarışlar aparılıb. İstanbul meri polisin müşayiəti ilə məhkəməyə aparılıb və bundan az əvvəl baş prokurorun tələbi ilə İstanbul Universiteti onun diplomunu ləğv edib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar