Ru
10:12 / 19 Mart 2025

İmamoğlunun saxlanılma səbəbi açıqlandı - 100 nəfər dindirilir - VİDEO

İmamoğlunun saxlanılma səbəbi açıqlandı - 100 nəfər dindirilir - VİDEO
Eye

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu saxlanılıb.

Bakupost.az xəbər verir ki, bunun fonunda İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlunun saxlanıldığı iki istintaqın təfərrüatlarını paylaşıb.

İstanbul Baş Prokurorluğun yaydığı bildirilir ki, bir çox bələdiyyə törəmə müəssisələrində qeyri-qanuni tenderlər, birbaşa təchizat və ya xidmət satınalmaları yolu ilə tenderlərin saxtalaşdırılması, ixtisaslı saxtakarlıq, şəxsi məlumatların qanunsuz əldə edilməsi, rüşvətxorluq və mütəşəkkil şəkildə hədə-qorxu ilə tələb olunduğu müəyyən edilən hesabat nəticəsində araşdırmalara başlanılıb.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan terror, rüşvət və korrupsiya istintaqı çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrəm İmamoğlu, onun müşaviri Murat Ongun, Beylikdüzü Bələdiyyə Başçısı Murat Çığlık və Şişli Bələdiyyə Başçısı Resul Şahan da daxil olmaqla 100 nəfər haqqında həbs qərarı çıxarılıb.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar