Xəbər verdiyimiz kimi, İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, faciə nəticəsində ana və iki azyaşlı övladı həyatını itirib.
Ailə başçısı Bəhrəmtəpə kənd sakini 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu komatoz vəziyyədə İmişli rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
"Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Vəziyyəti orta ağır qiymətləndirilir", - TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq deyilib.
***
22:44
İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bakupost.az -ın APA-ya istinadən məlumatına görə, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.