Ru
18:54 / 22 Noyabr 2024

İmişlidə faciə: Məktəb direktoru öldü

İmişlidə faciə: Məktəb direktoru öldü
Eye

Bu gün İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Məzrəli kənd sakini İsayev Əldursun Feyruz oğlunun idarə etdiyi “Toyota” markalı avtomobillə Aranlı kənd sakini Qənbəralıyev Vüsal Teyyub oğlunun sükan arxasında olduğu “Hyundai” markalı minik maşını toqquşub. Nəticədə Əldursun İsayev ölüb, Vüsal Qənbəralıyev isə xəstəxanaya yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, qəzada həlak olan Əldursun İsayev İmişli rayon Məzrəli kənd tam orta məktəbinin direktoru olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar