Ru
20:34 / 12 Mart 2025

İmişlidə yük və minik maşını toqquşdu: yaralılar var

İmişlidə yük və minik maşını toqquşdu: yaralılar var
Eye

İmişli rayonu ərazisində yük maşını və minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə saat 18 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Mersedes” markalı yük maşını və “Mersedes” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 3 qadın İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Xəstəxanadan bildirilib ki, 1939-cu il təvəllüdlü şəxsə sol mil sümüyünün tipik yerindən qapalı yerdəyişmiş sınığı, 1951-ci il təvəllüdlü şəxsə sol qol nahiyəsinin əziyi, 1953-cü il təvəllüdlü şəxsə isə alın nahiyəsinin və sağ biləyin əzilmiş, cırılmış yaraları, burun sümüklərinin qapalı sınığı diaqnozları təyin edilib.

Hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar