İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə xəsarət alaraq Yeni Klinikaya yerləşdirlən bir məktəblinin vəziyyəti kritik ağır olaraq qiymətləndirlir.
Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, xəstənin müalicəsi travmatoloq və neyrocərrah konsultasiyaları ilə davam etdirilir. Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs və yüksək inotrop dəstəyi alır.
Xatırladaq ki, yanvarın 18-də xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində baş verən qəzada 2 məktəbli vəfat edib, 2-si isə ağır xəsarət alıb.