Ru
09:23 / 22 Yanvar 2025

DİN rəhbərliyi İmişlidəki qəzada zərərçəkənləri qəbul etdi

DİN rəhbərliyi İmişlidəki qəzada zərərçəkənləri qəbul etdi
729

Yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qəbul edilib.

Bakupost.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.

Vurğulanıb ki, DİN tərəfindən hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır.

Görüşdə zərərçəkənləri maraqlandıran suallar cavablandırılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar