"Məlum olduğu kimi, Azərbaycanın gələn il üçün dövlət büdcəsində neftin qiyməti 70 dollardan götürüləcək. Maliyyə Nazirliyinin sənədinə görə, 2025-ci ildə neftin bir barelinin orta illik ixrac qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulur. Gələn ilin dövlət büdcəsinin göstəriciləri 2024-cü ilin dövlət büdcəsinin göstəricilərindən çox da fərqlənmir. Əsas dəyişiklik cari xərclərin təxminən 2 milyard manata qədər artırılmasıdır. Burada artım əsasən, minimum əməkhaqqının və pensiyanın maliyyələşdirilməsi üçündür. Ona görə də artan cari xərclərin maliyyələşdirilməsi vacibdir. Çünki inflyasiya əhaliyə mənfi təsir göstərir, biznesə problemlər yaradır".
Bunu Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, 2025-ci ilin dövlət büdcəsində neftin bir barelinin orta illik ixrac qiymətinin 60 dollar götürülməsi, büdcə göstəricilərinə daha ehtiyatlı yanaşma məqsədəuyğun olardı:
"Neftin büdcə qiymətinin 70 dollar olması kifayət qədər risklidir, dövlət büdcəsinin proqnozlaşdırılmasında neftin büdcə qiyməti 60 dollar götürülsə, bu, daha ehtiyatlı yanaşma olardı".
Sevinc,
BakuPost