Ru
11:32 / 30 Yanvar 2025

“İnhisarçılar qiymətləri daha da artırır” - İqtisadçı

“İnhisarçılar qiymətləri daha da artırır” - İqtisadçı
844


“Azərbaycanda idxal payı yüksək olduğundan dünyadakı qiymət artımlarının ölkəmizə təsiri böyükdür. Hətta ölkədə istehsal olunan məhsulların maya dəyərində də idxalın payı yüksəkdir. Bu da şübhəsiz ki, onların əksəriyyətinin qiymətinə təsir göstərir. Belə olan halda ən önəmli məsələlərdən biri inhisarçıların bu vəziyyətdən sui-istifadə edərək qiymətləri daha da artırmasına imkan verməməkdir”.

Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib.

O vurğulayıb ki, ölkədə yerli istehsalın tam istehsal zənciri üzrə maksimum şəkildə lokallaşdırılmasına nail olmalıyıq. Əks halda xarici iqtisadi təsirlərin artan xətt üzrə ölkə iqtisadiyyatına təzyiq göstərməsinin şahidi olacağıq:

"Pul kütləsinin dünyanın aparıcı mərkəzi bankları tərəfindən kəskin şəkildə artırılması geniş miqyasda monetar infilyasiyanın sürətlənməsinə şərait yaradır. Eyni zamanda bir çox mühüm əmtəə seqmentləri üzrə - gübrə təsərrüfatı, enerji daşıyıcılarının tədarükü ilə bağlı qlobal problemlər mövcuddru ki, bunlar da son nəticədə istehlak bazarındakı qiymətlərin artmasına şərait yaradır".

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar