Yeni araşdırmaya görə, son 50 ildə ətraf mühitin mikroplastik çirklənməsinin artması insan beyninin çirklənməsinin də artmasına səbəb ola bilər. 1997–2024-cü illər arasında aparılmış onlarla yarılma nəticəsində beyin toxumalarında mikro və nanoplastiklərin miqdarının artması tendensiyası aşkar edilib. Tədqiqatçılar, həmçinin, qaraciyər və böyrək nümunələrində də kiçik hissəciklər aşkarlayıblar.
Bakupost.az "Guardian"a istinadən xəbər verir ki, insan orqanizmi mikroplastiklərlə geniş şəkildə çirklənib. Onlar həmçinin qan, sperma, ana südü, cift və sümük iliyində də olur. Mikroplastiklərin insan sağlamlığına təsiri hələ də tam məlum deyil, lakin onlar insult və infarkt riskini artırır.
Alimlər həmçinin demensiyada əziyyət çəkən insanların beyin nümunələrində mikroplastiklərin konsentrasiyasının təxminən altı dəfə yüksək olduğunu aşkar ediblər.
Lalə, BakuPost