Ru
23:09 / 16 Aprel 2025

İnsanın dərisindən kitab üçün cild hazırlandı

İnsanın dərisindən kitab üçün cild hazırlandı
Eye

Böyük Britaniyada nadir kitab tapılıb, onun cildi 19-cu əsrin məşhur qatili Uilyam Korderin dərisindən hazırlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Korderin cinayətinin təsvirini özündə əks etdirən birinci nüsxə 1933-cü ildən Moyes Hall Muzeyində saxlanılır. Muzey işçiləri bu yaxınlarda cinayətkarın dərisinin qalan hissələrindən toxunmuş ikinci nüsxəni tapıblar.

Kitabın Korderin yarılmasını həyata keçirən cərrahla yaxından tanış olan bir ailəyə aid olduğu güman edilir. Artefaktı onilliklər əvvəl muzeyə bağışlayan onlar idi.

Uilyam Korder 1827-ci ildə Qırmızı Anbarda güllələdiyi sevgilisi Mariya Martinin qatili kimi tarixə düşüb. Uzun müddət o, ailəsini aldadıb, onların xoşbəxt evli olduqlarını iddia edib.

Lakin narahatedici yuxular görən qızın anası Maryanın qalıqlarının tapıldığı tövlədə təkidlə axtarışa başlayıb. Korder bu zaman artıq başqa bir qadınla evləndiyi Londonda həbs edilib. 1828-ci ildə o, xalq qarşısında asılaraq edam edilib.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar