Ru
22:12 / 09 Aprel 2025

İnstagramda məhdudiyyət: Bu şəxslər canlı yayım aça bilməyəcək

İnstagramda məhdudiyyət: Bu şəxslər canlı yayım aça bilməyəcək
Eye

Artıq 16 yaşdan kiçik istifadəçilər dünyanın ən məşhur sosial media platformalarından biri olan Instagram-da valideyn icazəsi olmadan canlı yayım funksiyasından istifadə edə bilməyəcəklər.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın texnoloji şirkəti Meta, İnstagram platformasında "Teen Accounts" ilə bağlı yenilikləri açıqlayıb.

Açıqlamada 16 yaşından kiçik istifadəçilərin valideyn icazəsi olmadan “canlı yayım” funksiyasından istifadə edə bilməyəcəyi və şəxsi mesajlarda “avtomatik bulanıqlaşdırma” funksiyasını söndürə bilməyəcəkləri bildirilib. Həmçinin qeyd olunub ki, “Yeniyetmə hesabları” funksiyası “Facebook” və “Messenger”də də genişləndiriləcək.

Yeniliklərin bir neçə ay ərzində ilk olaraq ABŞ, İngiltərə, Kanada və Avstraliyada sınaqdan keçiriləcəyi də paylaşılıb. Meta çətiri altında sosial media platforması olan Instagram, 2024-cü ilin sentyabrında uşaqların və gənclərin platformadan istifadəsini məhdudlaşdıran və təhlükəsizlik tədbirlərini ehtiva edən "Yeniyetmə Hesabları" tətbiqini təqdim etmişdi.

Amin Rızayev,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar