Ru
17:12 / 01 Fevral 2025

İnsult keçirən "Faytonçu Nazim"in vəziyyəti açıqlanıb

İnsult keçirən "Faytonçu Nazim"in vəziyyəti açıqlanıb
861

İnsult keçirən "Faytonçu Nazim"in vəziyyəti açıqlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.01.2025-ci il tarixində saat 22:22-də Nəsimi rayonu, H. Əliyev prospekti ərazisindən yıxılma səbəbi ilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

30 yanvar 2025-ci il saat 23:56 radələrində 1968-ci il təvəllüdlü şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib.

Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar