Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:16 / 18 İyul 2024

İnternet 40 faiz BAHALAŞACAQ - "Bir anda varlanmaq istəyirlər" - Ekspertdən sərt reaksiya

8016
"Görünən odur ki, dövlət və özəl provayderlər sanki yarışa girməklə, separat sövdələşmə etməklə internetin sürətini və qiymərtini gələn aydan birdən-birə 40 faiz qaldırmaq istəyirlər. Hazırda minimal qiymət 18 manat müəyyən olunub və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir. İndi təklif olunan isə minimal 100 Mb/s üçün 25 manat olacaq. Görünür, özəl və dövlət provaydreləri bir anda varlanmaq xətti götürüblər. Baxırlar ki, hamı ölkədə qiymətləri qaldırır, düşünüblər, onlar niyə etməməlidirlər? Bütün bunlar isə düşünürəm ki, doğru yanaşma deyil. Yəni “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi xüsusən də regionlar üçün əlverişli deyil".




Bunu ölkədə internetin qiymətinin qaldırılması haqda xəbərə münasibət bildirən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakupost.az -a deyib.

O qeyd edib ki, hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansıa beynəlxalq reytinqlərdə yüksək yer qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir.

O.Gündüzün sözlərinə görə, Azərbaycanda rəsmi rəqəmlərə görə əhalinin yarısı kənddə yaşayır:

"Bu, birmənalıdır. Belə olan halda hamı üçün minimal sürəti 100Mbit/s etmək görəsən, kimin ağlına gəlib? Hansı təfəkkürün məhsuludur bu? İndi mən sual edirəm hökumətə, kənddə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-ni olmayan, min cür əziyyətlə gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansısa onlayn xidmətlərdən yaralanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı?

Onlar hara sərf edəcək bu sürəti? Nə üçün biz zorla ona zəruri olmayan bu sürəti verib min əziyyətlə qazandığına şərik olmalıyıq? Qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun və əlçatan olsun".
Ekspert qeyd edib ki, dövlət provayderlərinin bu tip addımları ümumiyyətlə, ağlasığmazdır:

"Provayder ona görə hələlik dövlət provayderidir ki, hər bir vətəndaşın tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı təmin etsin. Bir yandan rəqəmsal transformasiya deyirik, rəqəmsal xidmətlər yaradırıq, rəqəmsal savadlılığı artırırıq, digər tərəfdən də bunun üçün əsas ola biləcək vasitənin əlçatanlığını məhdudlaşdırırıq".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar