Ru
17:20 / 07 Sentyabr 2024

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

1876
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərmanında öz əksini tapıb.

Fərmana əsasən, Maliyyə Nazirliyi Qaydada nəzərdə tutulmuş hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi üçün Fondun nizamnamə kapitalının artırılması üçün müvafiq illərdə dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı tədbirlər görməlidir.

Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondu ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 980,7 milyon manatdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar