Ümid Partiyasının sədri İqbal Ağazadə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.
Bakupost.az xəbər verir ki, bu barədə İqbal Ağazadə sosial şəbəkədə bildirib.
O qeyd edib ki, görüşdə ictimai-siyasi vəziyyət, gələcək əlaqələr və münasibətlər, son parlament seçkiləri, gözlənilən bələdiyyə seçkiləri müzakirə edilib, bundan sonra da qarşılıqlı əlaqələrin və dialoqun davam etdirilməsi vurğulanıb.
Zaur
BakuPost