Tehran administrasiyası ABŞ ilə davam edən nüvə gərginliyi ilə bağlı qonşu ölkələrə ciddi xəbərdarlıq edib.
Bakupost.az sondakika.com-a istinadən xəbər verir ki, İranın yüksək rütbəli rəsmisi altı qonşu ölkəyə göndərdiyi rəsmi məktubda ABŞ-nin mümkün hücumuna veriləcək dəstəyin düşmənçilik kimi qiymətləndiriləcəyini açıqlayıb.
İranın İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə və Bəhreynə göndərdiyi bəyanatda bu ölkələrin hava məkanının və ya ərazisinin ABŞ-ın istifadəsinə icazə verilməməsi istənilib.
İran rəsmisi “Belə bir vəziyyətin ciddi nəticələri olacaq” deyərək, ali dini rəhbər Ayətullah Xameneinin silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirdiyini bildirib.
İran Xarici İşlər Nazirliyində belə bir xəbərdarlıqdan xəbərsiz olduqlarını, lakin bu cür mesajların müxtəlif kanallarla ötürülə biləcəyini bildiriblər. Küveyt isə İranı əmin edib ki, öz ərazisindən başqa ölkələrə qarşı aqressiv hərəkətlərə yol verməyəcək.
İran ABŞ prezidenti Trampın birbaşa danışıqlar tələbini rədd etsə də, Oman vasitəsilə dolayı danışıqları davam etdirmək istədiyini bəyan edib. İran rəsmisi bildirib ki, dolayı danışıqlar Vaşinqtonun siyasi həllə dair ciddiliyini qiymətləndirmək imkanı verir.
Martın 7-də İranın ali dini lideri Xamneyiyə göndərdiyi məktubda Tramp yeni nüvə sazişi üçün birbaşa danışıqları təklif edib və rejimin buna əməl etmədiyi təqdirdə İranı “əvvəlki kimi” bombalayacağı ilə hədələyib.
Amin Rızayev, BakuPost