İranın müxaliflərlə mübarizədə Suriyanın keçmiş prezidenti Bəşər Əsədə yardım etməməsinin səbəbi İsrailin hücumlarından çəkinməsi olub.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-ın The Wall Street Journal qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İran rəsmiləri Əsədi üsyançıların hücumuna hazır olmamaqda ittiham edib və İsrailin hücumları səbəbindən hərbi qüvvə göndərə bilmədiklərini bildiriblər.
The Wall Street Journal-ın yazdığına görə, Suriya rəsmilərinin fikrincə, İran yardım göstərmək əvəzinə, öz İslam İnqilabı Keşikçiləri Korpusuna və onunla əlaqəli silahlı qruplara döyüşlərə müdaxilə etməmək barədə əmr verib.
Lalə Novruz, BakuPost