Ru
14:04 / 28 Aprel 2025

"İran ideologiyasını yaymaq üçün addımlar atacaq" - Açıqlama

"İran ideologiyasını yaymaq üçün addımlar atacaq" -  Açıqlama
Eye

“Azərbaycan ictimaiyyəti uzun müddətdir Pezeşkianın səfərini gözləyirdi. Nəzərə alsaq ki, onun Azərbaycan türkü olması, zaman-zaman Azərbaycan dilində danışması bizim cəmiyyətdə maraqla qarşılanıb. Pezeşkian prezident seçilərkən bizim insanlarımız Cənubi Azərbaycan türklərinin problemlərinin həllinə, Azərbaycanla münasibətlərin düzəlməsinə öz töhfəsini verəcəyini düşünürdü və böyük gözləntilər var idi. Biz İranla uzun müddət gərginlik yaşadıq və bu gərginliyin əsas səbəbkarı məhz İran idi. Xüsusilə də Azərbaycanın Tehrandakı səfirliyinə hücum, diplomatik nümayəndəlik əməkdaşlarımıza qarşı terror aktı Azərbaycanda çox geniş rezonans doğurmuşdu. Eyni zamanda, İranın işğalçı Ermənistana yardımları, bizim maraqlarımıza zidd addımları oldu. İndi görünən odur ki, iki ölkə arasında münasibətlər düzələn xətt üzrə inkişaf edir”.

Bu fikirləri Bakupost.az -a millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, rəsmilərin qarşılıqlı səfərləri, liderlər arasında məktublar, indi isə İran Prezidentinin səfəri göstərir ki, münasibətlərin düzəlməsi istiqamətində addımlar atılır:

“İran Azərbaycanla birgə müəssisələr yaratmaq, öz məhsullarını ixrac etmək istəyir. Tehran üçün bu gün Azərbaycanla, Ermənistanla, Rusiya ilə ticarət mübadiləsini artırmaq prioritetdir. Amma İranın dövlət ideologiyası da mövcuddur ki, bu ideologiyanı da yeritməyə çalışır. Bu, hər zaman aktual olacaq. Zaman-zaman İran ideologiyasını yaymaq üçün addımlar atacaq ki, buna şübhə yoxdur. Bu isə əlbəttə, münasibətlərə xələl gətirən məsələlərdir”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar