Ru
09:47 / 02 Oktyabr 2024

İran İsraili vurdu! - İsraillilər sığınacaqlara qaçaraq dua etdilər - VİDEO

724
İranın hücumu ilə İsraildə böyük panika yaşanıb.

Bakupost.az xəbər verir ki, İran axşam saatlarında İsrailə qarşı genişmiqyaslı hücumda 200-dən çox ballistik raket atıb.

Hücumdan dərhal sonra Tel-Əviv, Qüds və ətraf ərazilərdə siren səsləri eşidilib.

İsrail ordusu öz hava məkanına istiqamətlənən raketlərin qarşısını almaq üçün Dəmir Qübbə hava hücumundan müdafiə sistemini işə salıb.

Paytaxt Təl-Əviv və bir çox digər bölgələrdə yaşayan insanlar sığınacaqlara axışarkən, yollar və küçələr boşaldılıb. İsrail Müdafiə Qüvvələri xalqa sığınacaqlarda qalmaları barədə xəbərdarlıq edib.

Bölgədə yaşayan Haredi yəhudilərinin sığınacaqlarda toplu namaz qıldığı anlar kameralara tuş gəlib.

İsraillilərin də qorxu içində sığınacaqlara qaçdığı görülüb.







Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar