Ru
12:41 / 04 Yanvar 2025

İtaliyanın İrandakı səfiri XİN-ə çağırıldı

İtaliyanın İrandakı səfiri XİN-ə çağırıldı
1514

İran İtalyanın Tehrandakı səfiri Paola Amadeini Xarici İşlər Nazirliyinə çağırıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, rəsmi Tehran bu addımı İtaliyanın İran vətəndaşı Məhəmməd Abedini həbsdə saxlamağa davam etməsinə etiraz olaraq atıb.

Qeyd edək ki, bundan əvvəl də İtaliya xarici işlər naziri Antonio Tacani jurnalist Sesiliya Salanın həbsinə görə, İran səfirini XİN-ə çağırmağı tapşırmışdı.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar