Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:23 / 25 Noyabr 2024

İran minlərlə İsrail vətəndaşının məlumatlarını ələ keçirib - KİV

529
İran minlərlə israillinin, o cümlədən bu ölkənin təhlükəsizlik xidmətinin yüksəkvəzifəli şəxslərinin şəxsi məlumatlarını əldə edib.

Bu barədə"Azad İran" "Telegram" kanalı İsrail mətbuatına istinadən xəbər verib.

Qeyd olunur ki, həmin məlumatlar İrana sözügedən şəxslərin davranışlarını və gələcək planlarını izləməyə və lazımi anda onlara zərbə vurmağa imkan verir.

Bildirilib ki, İranın kəşfiyyat orqanları həm İsrailin daxilində, həm də sərhədlərdən kənarda minlərlə israilli haqqında məlumat toplayıb. Qeyd olunub ki, son bir neçə həftə ərzində İranın kəşfiyyat xidmətləri İsrail daxilində casusları əməkdaşlığa cəlb edib və onların bəzilərinə artıq xüsusi əməliyyat göstərişi də verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar