Ru
16:36 / 08 Avqust 2024

İran Qəzza ilə bağlı prioritetlərini açıqladı

İran Qəzza ilə bağlı prioritetlərini açıqladı
Eye

İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani ölkəsinin Qəzzada işğala son qoymaq, İsraili cəzalandırmaq istədiyi və bu ölkənin Qəzzaya hücumları baş verərsə, Tehranın İsrailə hücum niyyətindən əl çəkəcəyi ilə bağlı iddialara aydınlıq gətirib

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ölkəsinin Qəzzada işğala son qoyulmasını, İsrailin cəzalandırılmasını və bu ölkənin hücumlarının təkrarlanmasının qarşısının alınmasını prioritet hesab etdiyini bildirib.

“Bizim prioritetimiz hücumların daimi olaraq dayandırılmasını və Qəzzada işğalçı qüvvələrin geri çəkilməsini təmin etməkdir. Bundan əlavə, məqsədimiz şəhid Haniyənin öldürülməsində iştirak edən hücumçuların cəzalandırılmasıdır. Digər prioritetimiz hücumların təkrarlanmasının qarşısını almaqdır”, - deyə o, bildirib.

Vasif
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar