Ru
20:10 / 18 Aprel 2025

İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı

İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
Eye

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar zamanı Tehranın nüvə proqramı üzrə Vaşinqtonla dialoqun gedişatı barədə məlumat verib.

Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti bildirib.

"Biz nüvə məsələsini və İran və ABŞ arasında aparılan danışıqları ətraflı müzakirə etdik. Mən onların məzmunu barədə cənab Lavrova məlumat verdim", - Əraqçi bildirib.

O, Rusiyanın əvvəllər Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsində əsas rol oynadığını vurğulayıb və gələcək sazişlərdə Moskvanın dəstəyinə ümid etdiyini bildirib.

"Cənab Lavrov əmin etdi ki, işlər davam etdiriləcək", - iranlı nazir əlavə edib.

Xatırladaq ki, İran və ABŞ nümayəndə heyətləri arasında Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həllinə həsr olunmuş danışıqların ikinci raundu aprelin 19-da Romada keçiriləcək.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar