Tehran və Moskva Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayaraq hərbi ittifaq yaratmaq niyyətində deyillər.
Bakupost.az T ASS-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Abbas Əraqçi bəyanat verib.
“Saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutur, lakin hərbi ittifaq yaratmaq məqsədini güdmür”, - deyə İranın naziri Rusiya-İran əməkdaşlığının genişləndirilməsi haqqında danışarkən bildirib.
Əraqçi vurğulayıb ki, müqavilə üçüncü ölkələrə qarşı yönəlməyib və razılaşmanı imzalayan tərəflərin digər dövlətlərlə əməkdaşlıq etməsinə heç bir məhdudiyyət qoymur.
Lalə, BakuPost