Ru
12:51 / 18 Sentyabr 2024

İran səfirinin gözü partlayışda kor olub? - VİDEO

1416
İranın Livandakı səfirliyi partlayışda səfirin kor olması xəbərini inkar edib.

Bakupost.az xəbər verir ki, İranın Beyrutdakı səfirliyi bu gün “X” hesabında Livandakı partlayışda İran səfiri Müctəba Əmaninin səhhəti ilə bağlı paylaşım edib:

“İran səfirinin müalicəsi uğurla davam edir və onun sağlıq durumunun pis olması və ya görmə qabiliyyətini itirməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil”.

Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən paytaxt Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub.






Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar