İran və Azərbaycan xüsusi qüvvələri İranın Ərdəbil vilayətində dörd gün davam edəcək birgə hərbi təlimə başlayıb.
Bakupost.az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, təlim İran İnqilab Keşikçiləri Quru Qoşunları və Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Aslantəpə rayonunda keçirilir.
Təlimin məqsədi iki ölkə arasında əlaqələri gücləndirmək, qanunsuz silahlı qruplaşmalarla mübarizə aparmaq, sərhəd təhlükəsizliyini artırmaq və hərbi bacarıqları inkişaf etdirmək kimi açıqlanıb.
****
İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə “Araz – 2024” birgə taktiki təlimi keçirilir.
Bakupost.az Müdafiə Nazirliyindən (MN) verilən məlumata istinadən bildirir ki, təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksəksəviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, təhlükəsizlik qaydaları çatdırılıb.
Daha sonra “Araz – 2024” birgə taktiki təliminin açılış mərasimi keçirilib. Mərasim başa çatdıqdan sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar