Ru
09:35 / 06 Yanvar 2025

İranda plastik əməliyyat etdirmə yaşı endirildi

İranda plastik əməliyyat etdirmə yaşı endirildi
Eye

İranda plastik əməliyyat üçün yaş həddi qızlar üçün 14, oğlanlar üçün isə 16-ya endirilib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Rinologiya Dərnəyinin İdarə Heyətinin üzvü İbrahim Rezmpa məlumat verib.

Yaş həddinin daha əvvəl 18 olduğunu bildirən Rezmpa əlavə edib ki, böyümə, fiziki və psixoloji inkişaf, emosional yetkinlik kimi faktorlar insanın əməliyyata uyğunluğunun müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir.

O, ölkədə plastik əməliyyatlara tələbatın artdığını vurğulasa da, aparılan əməliyyatların sayı ilə bağlı heç bir məlumat verməyib.

Mütəxəssislərin fikrincə isə həmyaşıdların təzyiqi, medianın təsiri və üstünlük təşkil edən mədəniyyət normaları İranda plastik əməliyyata tələbatın artmasına təkan verir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar