Ru
11:13 / 29 İyun 2024

"İranda azərbaycanlı namizədin qələbəsinə mane olacaqlar" - Politoloq

2609
İranın Sistan və Belucistan vilayətlərinin Cəkiqur Rask bölgəsində naməlum şəxslər seçki qutusunu daşıyan avtomobilə atəş açıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.



İranda seçkiklərin gedişini Bakupost.az -a şərh edən politoloq Samir Hümbətov başa çatmaqda olan seçki prosesinin əvvəlkilərdən fərqli olduğunu bildirib.

Onun sözlərinə görə, seçki qutusu daşıyan avtomobilin atəşə tutulmasıyla yanaşı, səsvermənin 6 saata qədər uzadılması məsələsi də qəribədir:

“Üstəlik Cənubi Azərbaycandan olan Məsud Pəzəşkianın seçki kampaniyası zamanı Azərbaycan dilində çıxış etməsindən sonra İran Ali dini rəhbərinin sanki onu hədəfə alması da gözdən yayınmırdı. Yəni burda müəmmalar çoxdur. Görünür ki, baş verən hadisələr mövcud rejimin nəzarətindən kənara çıxmağa başladığı üçün narahatlıq və narazılıqlar var. Amma hər vəziyyətdə İranda böyük ehtimalla mollalar seçkinin baş tutduğunu elan edəcəklər və Məsud Pəzəşkianın qarşısını alsalar belə buna təəccüb etmərəm”.

Politoloqun sözlərinə görə, Məsud Pəzəşkianın seçkidə qalib gəlməsinə mane olmaq üçün əvvəldən hazırlıq gedib:

“Cənubi azərbaycanlıların böyük əksəriyyəti ona səs verib. Ümumiyyətlə, İranda qeyri-farsların əksəriyyəti ona səs verib və bu da bürokratik rejimə təhdid yaradır. Ona görə düşünürəm ki, bu cür müəmmalar ola bilər. Çünki rejim Məsud Pəzəşkianın seçilməsini istəmir. Onun seçilməməsi üçün də bir çox vəziyyətlər yarada bilərlər”.

S.Hümbətov burda kənar güclərin də rolunun olduğunu ehtimal edib:

“Mövcud rejimin azərbaycanlı namizəddən xoşu gəlmədiyini əsas gətirərək bunu edə bilərlər. Bu seçki də bir fürsətdir, çünki onsuz da İbrahim Rəisidən sonra rejimlə əhali arasında müəyyən qırılmalar var”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər