İranın Bəndər Abbas limanında baş verən partlayış nəticəsində 50-yə yaxın insan xəsarət alıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Partlayışın yanacaq çəninin yanması nəticəsində baş verdiyi bildirilir.
Ölkənin cənubundakı Bəndər Abbas şəhərində, Şəhid Rəcai limanında baş verən partlayışın səsi yaxınlıqdakı şəhərlərdə də eşidilib.
Qeyd edək ki, Şahid Rəcai limanı İranın həyati və strateji əhəmiyyətli limanlarından biridir, Fars körfəzi sahilində iqtisadi əhəmiyyət kəsb edən ərazidə yerləşir və bu da hadisənin potensial nəticələrini artırır.
***
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb.