Ru
10:33 / 22 Sentyabr 2024

İranda dəhşətli partlayış - 30 ölü - FOTO

676
İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərindəki kömür mədənində partlayış baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 30 nəfər ölüb, 17 nəfər yaralanıb.

Qəzaya mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub. Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.

Qeyd edilib ki, 250 metr dərinlikdə yerləşən mədəndə partlayışdan sonra yanğın olmayıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar