Aprelin 26-da İranın Fars körfəzi sahilindəki Bəndər Abbas limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 65-ə çatıb.İki gün davam edən fasiləsiz işlərdən sonra yanğın tamamilə söndürülüb.
Bakupost.az xəbər verir ki, hadisə yerindən görüntülər limanın bir hissəsinə böyük ziyan dəydiyini göstərir.
İran rəsmiləri partlayışın təxribat olduğuna dair hələlik heç bir sübut əldə etmədiklərini bildiriblər.
Aygün, Bakupost.az