Ru
15:56 / 05 Dekabr 2024

İranda prezidentini təhqir edən qadın işdən QOVULDU

İranda prezidentini təhqir edən qadın işdən QOVULDU
Eye

Bir müddət əvvəl ölkədə məcburi hicab qaydalarını pozanların müalicəsi üçün xüsusi psixoloji klinikaların açılmasını təklif edən Mehri Talibi İran Prezidenti Məsud Pezeşkianı təhqir etdiyinə görə işdən uzaqlaşdırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Əxlaq Polisi” funksiyasını yerinə yetirən “Yaxşılığı əmr edib pislikdən çəkindirmək” qərargahı məlumat yayıb.

Bildirilib ki, bu, həmin qərargahın Qadın və Ailə bölməsinin Tehran əyaləti üzrə bölmə rəisi olan xanımın sosial mediadakı paylaşımından sonra baş verib.

Mehri Talibi özünün X hesabında etdiyi paylaşımda Məsud Pezeşkianı məcburi hicab qaydaları ilə bağlı qanunun icra olunmasına maneəçilik törətməkdə ittiham edib və onu “avara, dələduz, xuliqan, yalançı, cahil, bacarıqsız, qorxaq, tənbəl və ağılsız” adlandırıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar