Ru
01:05 / 06 İyul 2024

İranda seçkilərin ikinci turu başa çatdı

1863
İranda 14-cü prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahı məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə bütün məntəqələr bağlanıb, səslərin sayılmasına başlanıb.

Prezident seçkilərinin icra şurasının üzvü Əlireza Səlimi IRNA-ya bildirib ki, 14-cü prezident seçkilərinin ikinci turunda iştirak 30 milyon nəfəri keçib. Birinci turda iştirak 24 milyon yarım idi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar