Statistikaya görə İranda molla rejimi ötən il mindən çox məhbusu edam edib.
Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, İranın fars-molla rejimi 2024-cü ildə mindən çox məhbusu edam edib ki, bu da son 30 ilin ən yüksək göstəricisidir. Bildirilir ki, bu edamların az qala yarısı ilin son rübündə həyata keçirilib və 12 məhbus Yeni İl günü asılıb.
Qeyd olunur ki, İran hökuməti 2024-cü ildə ölkə üzrə 86 həbsxanada 1000-dən çox məhbusu asıb və 864 nəfərin edam edildiyi 2023-cü illə müqayisədə 16% artım göstərir.
Edamların təxminən 70%-i Məsud Pezeşkianın İran prezidenti seçilməsindən sonra həyata keçirilib.