Ru
18:51 / 07 Aprel 2025

İrandan geri addım Heç vaxt nüvə silahı yaratmayacağıq

İrandan geri addım  Heç vaxt nüvə silahı yaratmayacağıq
Eye

İran nüvə silahı hazırlamayacaq, çünki bu, ölkə rəhbərliyi tərəfindən qadağan edilib.

Bakupost.az. TASS-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.

İ.Bəqai bununla iranlı deputat Məhəmməd Qasım Osmaninin Qərblə danışıqlarda "bərabərliyi" təmin etmək üçün nüvə silahı yaratmaq təklifinə şərh verib:

"İran heç vaxt və heç bir şəraitdə nüvə silahı yaratmaq yoluna getməyəcək. Bu, ayətullah Əli Xameneinin fətvasına əsaslanan strategiyamızın ayrılmaz hissəsidir. Hesab edirəm ki, bu məsələdə heç bir şübhə yoxdur və ola bilməz", - o brifinqdə bildirib.

İran İslam Respublikasında nüvə silahının hazırlanması Ə.Xameneinin 2003-cü il tarixli fərmanı ilə qadağan edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar