İran rəsmiləri ölkə prezidenti İbrahim Rəisinin helikopter qəzasında öldüyünü təsdiqləyib.
Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Möhsün Mənsuri bildirib.
İran prezidentinin helikopteri mayın 19-da axşam saatlarında ölkənin şimal-qərbində Uzi və Pir Davud kəndləri arasındakı Dizmər meşəsi ərazisində dağlıq əraziyə düşüb.
Axtarış-xilasetmə işləri pis hava şəraitinə baxmayaraq, gecə boyu davam edib.
Mayın 20-də səhər saatlarında xilasedicilər qəza nəticəsində tamamilə yanmış helikopteri aşkar ediblər.
Zaur
BakuPost