Ru
14:20 / 25 Sentyabr 2024

"İrandan həyatıma böyük təhlükələr var" - Tramp

610
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İranın onun həyatı üçün birbaşa təhlükə olduğunu bəyan edib.

Bakupost.az xəbər verir ki, o, bununla bağlı sentyabrın 25-də sosial şəbəkə hesablarında bu barədə bildirib.

“İrandan həyatım üçün böyük təhlükələr var. Bütün ABŞ hərbi qüvvələri izləyir və gözləyir. İran artıq nəticə verməyən addımlar atıb, lakin onlar yenidən cəhd edirlər. Heç kim üçün yaxşı vəziyyət deyil”, – deyə Tramp özünün Truth Social səhifəsində yazıb.

O, həmçinin onun müdafiəsi üçün vəsait ayırdığına görə Konqresə minnətdarlığını bildirib və qeyd edib ki, seçki ərəfəsində keçmiş prezidentə hücum bir çoxlarının arzusudur.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar