Ru
12:45 / 14 Aprel 2025

İranın hərbi təlimləri Azərbaycana qarşı yönəlibmiş

İranın hərbi təlimləri Azərbaycana qarşı yönəlibmiş
Eye

Xəbər verdiyimiz kimi, İran Ermənistanla birlikdə Azərbaycan sərhədi yaxınlığında üç günlük genişmiqyaslı hərbi təlim keçirdi.

Bakupost.az xəbər verir ki, "Long War Journal"ın məlumatında bu təlimlərin Azərbaycana qarşı yönəldiyi əks olunub.


Qeyd olunub ki, hərbi təlimlərin keçirildiyi Norduz adlı ərazi Naxçıvan, Ermənistan və İranın kəsişməsində yerləşir.

Burada İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələrinin "Aşura" diviziyası İranı Azərbaycandan ayıran Araz çayı üzərinə müvəqqəti körpü atdı.

İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının əməliyyatlar üzrə komandirinin müavini Vəliola Mədəni bildirib ki, təlimlər sərhəd təhlükəsizliyini gücləndirmək və İranın qonşu ölkələrin ərazi bütövlüyünü qorumaq məqsədi daşıyır.

Məqalədə qeyd olunub ki, İran Azərbaycanla mübarizədə Ermənistanı dəstəkləyir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar