Ru
17:13 / 20 Sentyabr 2024

İranın himni oxundu, əfqan diplomat ayağa qalxmadı - Qalmaqal

516
Tehranda keçirilən 38-ci Beynəlxalq İslam Birliyi Konfransında radikal "Taliban" hərəkatının nümayəndəsi İran himninin səsləndirilməsi zamanı ayağa qalxmaqdan imtina etdikdən sonra Əfqanıstan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Jamaran” agentliyi məlumat yayıb.

Məlumata görə, İran Xarici İşlər Nazirliyinin Cənubi Asiya üzrə ikinci departamentinin rəhbəri Əfqanıstan diplomatik missiyasının rəhbərini yanına çağıraraq bu ölkənin dini liderinin hərəkətlərini pisləyib. O qeyd edib ki, "Taliban" nümayəndəsinin hərəkəti "İslam Birliyi Konfransında iştirakın yüksək hədəflərinə uyğun gəlmir”.

Əfqanıstan səfiri isə bildirib ki, onların nümayəndəsinin hərəkəti heç bir halda ölkənin mövqeyini əks etdirmir və şəxsi baxışın təzahürüdür.

Bir müddət əvvəl əfqan konfrans iştirakçısı etdiyi hərəkətə görə üzr istəyən video yayımlayaraq, kimisə incitmək və ya ona hörmətsizlik etmək niyyətində olmadığını bildirib.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar