"İsrail lazım gələrsə, İranın istənilən nöqtəsinə hava zərbəsi endirmək üçün kifayət qədər hərbi imkanlara malikdir".
Bakupost.az The Times of Israel-ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu cümə axşamı bildirib.
“Bu gün İsrail İranda əvvəlkindən daha çox hərəkət azadlığına malikdir, əgər belə bir ehtiyac olarsa, biz istənilən nöqtəyə gələ bilərik”, - deyə Netanyahu vurğulayıb.
Zaur, BakuPost