Ru
11:52 / 27 İyun 2024

İranın növbəti prezidenti azərbaycanlı olacaq? - ŞƏRH

2064
Sabah İranda prezident seçkiləri keçiriləcək. Prezidentliyə 6 namizəddən 1-i, parlament sədrinin keçmiş müavini Səyid Əmir Hüseyin Qazizadə Haşimi seçkilərdən geri çəkildiyini bəyan edib. Bununla da sabah keçiriləcək prezident seçkilərinə 5 namizəd qatılacaq.



Onlar prokuror və keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, parlamentin deputatı, keçmiş səhiyyə naziri Məsud Pəzəşkian, Tehran meri Əlirza Zakani, İran ali rəhbərinin Təhlükəsizlik Şurasının nümayəndəsi Səid Cəlili və parlamentin hazırkı sədri Məhəmməd Baqir Qalibafdır.




Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli İranda keçiriləcək prezident seçkilərində namizədlər arasında Məsud Pəzəşkianın qalib gəlmə ehtimalının çox olduğunu bildirib:

“Bu seçkilərdə azərbaycanlı namizəd Məsud Pəzəşkian bir çox üstünlüklərə malikdir. Gözəl cərrahdır, həkimdir, ölkənin problemlərini bilir, səhiyyə naziri işləyib, sözün həqiqi mənasında müasir reformatordur. O, İranı dəyişə bilər. Ən başlıcası odur ki, 40 milyonluq Azərbaycan xalqı, qeyri-fars millətlərinin hamısı bu şəxsə səs verə bilər, amma gərək saxtalaşdırma olmaya. Yəni normal seçkilər keçirilsə, saxtalaşdırma olmasa, azərbaycanlı ölkənin prezidenti olacaq”.



Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər