Ru
14:39 / 27 Yanvar 2025

İranla ikitərəfli əlaqələr "dumanlı"dır - Politoloq

İranla ikitərəfli əlaqələr "dumanlı"dır - Politoloq
Eye


“Azərbaycan İrandan səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır. Göründüyü kimi, ikitərəfli danışıqlar aparılsa da, bu, müsbət irəliləyişə gətirib çıxarmır. Çünki İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Tehran Türkiyənin regionda geosiyasi mövqelərini möhkəmləndirməsini qəbul etmir. Həmçinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını təhlükəsizliyi üçün təhdid görür”.

Bunu Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, İran prezidenti Pezeşkian mühafizəkar dairələrin Azərbaycana qarşı destruktiv siyasətinə son qoymaq gücündə deyil:


“İran Qərblə Azərbaycan arasında yaranmış siyasi böhrandan istifadə edib, təzyiqlər etməyə çalışır. Azərbaycan Qərblə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirməlidir.
Azərbaycanın Rusiya və İranla münasibətlərini platforma şəklində qurmağı mümkün görünmür. Bir müddətdən sonra, İran və Rusiya dəmiryol nəqliyyatının inkişafı üçün Şimal-Cənub nəqliyyat dəhlizinə görə Azərbaycanla əlaqələri bərpa etməyə məcbur olacaq. Amma, ikitərəfli əlaqələrin daima hamar olması mümkün deyil. Rusiya ilə münasibətlərin yaxın perspektivdə normallaşması gözlənilir. Amma, İranla bağlı ikitərəfli əlaqələr dumanlı olaraq qalacaq”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar