Oktyabrın 26-da İsrailin İranın hərbi obyektlərinə endirdiyi zərbə raket istehsalı prosesində heç bir fasilə yaratmayıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu İslam Respublikasının müdafiə naziri Əziz Nəsirzadə deyib.
“Hücum silahlarının, o cümlədən raketlərin istehsalında heç bir problem və ya fasilə yaranmayıb”, - o, İranın dövlət teleradio şirkətinə açıqlamasında deyib.
Nəsirzadə qeyd edib ki, İsrailin İranın müdafiə və hücum imkanlarına zərbə vurmaq cəhdi uğursuz alınıb.
Bundan əvvəl iranlı nazir İsrailin raket hücumu zamanı ölkənin hərbi infrastrukturuna dəymiş bütün zərərlərin qısa müddətdə aradan qaldııldığını bildirmişdi.
Zaur
BakuPost