İraqda İranın dəstəklədiyi bir neçə güclü silahlı qruplaşma ABŞ-la qarşıdurmanın artması təhlükəsini önləmək üçün ilk dəfə silahlarını yerə qoymağa hazırdır.
Bakupost.az Reuters-ə istinadən bildirir ki, İraq rəsmisinin sözlərinə görə, 10 yüksək rütbəli komandir gərginliyi azaltmaq, Tramp hakimiyyətə gəldikdən sonra ABŞ rəsmilərinin İraq hökumətinə dəfələrlə etdiyi gizli xəbərdarlıqlardan sonra bu addımı atıblar.
Mənbələrin bildirdiyinə görə, ABŞ rəsmiləri Bağdada xəbərdarlıq ediblər ki, əgər İraq ərazisində fəaliyyət göstərən milis qrupları ləğv edilməsə, onlar hava hücumları ilə hədəf alınacaq.
Hazırda İraq hökuməti milislərin silahsızlanmasını təmin etmək üçün danışıqlar aparır. Milislər, İranın dəstəyi ilə ABŞ qüvvələri və İsrailə qarşı hücumlara görə məsuliyyət daşıyır. Baş nazir Əs-Sudani silahların dövlət nəzarətində olmasına çalışır. Bu dəyişiklik, İslam Müqaviməti koalisiyasının zəifləməsi və regiondakı qarşıdurmalarla əlaqədardır.
Amin Rızayev, BakuPost