Ru
15:57 / 03 İyul 2024

İrəvan prosesin qarşısını alsa, Azərbaycan ordusu işə qarışacaq - Hərbi ekspert

1536
“Məlum olduğu kimi, Bakı İrəvana Naxçıvanla əlaqə üçün “Kalininqrad modeli” təklif edib. Bu model İkinci Dünya müharibəsindən sonra bir çox yerlərdə tətbiq olunub. Fikrimcə, "Kalininqrad modeli" kifayət qədər məqbul təklifdir. Ermənistan biz nə təklif ediriksə, həmişə əvvəlcə rədd edir, sonra həmin təklifi işə salmağa çalışır. Hazırda həm Çin, həm ABŞ bu dəhlizin açılmasında maraqlıdır. Ona görə də Ermənistan qlobal güclərin təşəbbüslərinə qarşı çıxacaq vəziyyətdə deyil. Ermənistanda bu proseslərin qarşısını alarsa, Azərbaycan ordusu işə qarışa bilər".




Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Ermənistanın "Kalininqrad modeli"nə mənfi münasibəti həm də Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi ilə bağlıdır. Çünki bir vaxtlar Azərbaycanın dəhliz təkliflərinə Ermənistan tərəfi Qarabağdakı ermənilərlə maneəsiz əlaqəni eyniləşdirməklə qarşılıq verirdi.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər