“İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Qərbdən, Hindistandan, Yunanıstandan silah almaqla erməni ordusu tezliklə özünə gələn deyil”.
Bunu
Bakupost.az -a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O bildirib ki, Azərbaycan ərazi bütövlüyünü öz hərbi imkanları ilə təmin edib:
“Ermənistana dünənə kimi silah-sursat verən, təhlükəsizlik sistemini təmin edən Rusiya idi. 44 günlük müharibədən sonra İrəvanla Moskva arasında münasibətlər pozulub. Rusiya istəmir ki, ermənilərin siyasi ambisiyalarına dəstək versin. Ermənistan isə Rusiyanın yerini Qərblə doldurmağa çalışır. Qərb ölkələri və siyasətçiləri maraqlıdırlar ki, Cənubi Qafqazda möhkəmlənsinlər. Ermənilər isə istəyir ki, Qərb silahları ölkəyə gəlsin, təhlükəsizliyin təminində Qərbin rolu artsın”.
Sevinc,
BakuPost