Erməni apostol kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın çağırışı ilə bu gün İrəvanda və Ermənistanın regionlarında etiraz aksiyaları başlayıb.
Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, etirazçılar saat 11:00-dan etibarən “Pobeda” körpüsünü bağlayıblar. Tbilisi şossesi, “Eraz” parkının kəsişməsi, “David Sasunski” stansiyası da etirazçılar tərəfindən bağlanıb.
Qeyd edək ki, Baqrat Qalstanyan bu gün İrəvanda və regionlarda 10 yerdə dinc etiraz aksiyalarının keçiriləcəyini bildirib.
Vasif
BakuPost