Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında ən qısa dəmir yolu Mehri üzərindən açıla bilər.
Bakupost.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
Diplomat iddia edir ki, Ermənistanın regional iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması məsələsində birtərəfli öhdəliyi yoxdur.
“Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsi ilə bağlı gündəm regional nəqliyyat və iqtisadi əlaqələrin açılmasına dair geniş gündəliyin bir hissəsidir, bura Ermənistan üçün yolların açılması da daxildir. İkincisi, Ermənistan birinci mərhələdə Zəngilan-Mehri-Ordubad-Yerasx dəmir yolu ilə yükdaşımalarına başlamağı təklif edib. Bu, Zəngilan və Ordubad (Naxçıvan) arasında mümkün olan ən qısa dəmir yoludur”, - Badalyan qeyd edib.